şənbə 26 aprel 2025 - 23:19
Onların Allalhı bizim helikopterlərimizdən daha güclü idi...

Hövzə/Eduardo Amerikada bir hərbi texnika istehsalı zavoduna baxış keçirmək üçün getmişdi. Amerikalı general, Anielli ailəsinin varisi və İtaliyanın ən nüfuzlu, ən tanınmış gənclərindən birini qarşısında görəndə, təkəbbürlə sinəsini qabağa verdi, bir helikopteri göstərib dedi: "Cənab Edvardo, bu, bizim ən müasir helikopterimizdir...

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İmam Zaman (ə.f) sevgisinə görə özünə "Mehdi" adını seçən şəhid Eduardo Aniellinin maraqlı bir xatirəsi "Mən Eduardo deyiləm" kitabında yayımlanıb.
Bu xatirə, ABŞ qüvvələrinin Təbsdə uğursuzluğa düçar olduqları hücum və onların açıq etirafı ilə bağlıdır ki, aşağıdakı yazılarda oxuya bilərsiniz:

Eduardo ABŞ-da hərbi texnika istehsal edən bir fabriki ziyarətə getmişdi.
Amerikalı general, Anielli ailəsinin varisi və İtaliyanın ən nüfuzlu və tanınmış gənclərindən birini qarşısında görəndə təkəbbürlə sinəsini qabardıb bir helikopteri göstərərək dedi:
Cənab Eduardo, bu bizim ən müasir helikopterimizdir. Dünyada bənzəri yoxdur. Bütün ən qabaqcıl texnologiyalar bu helikopterdə cəmlənib. Bu, ötən il İrana edilən hücumda istifadə olunan helikopterlərdən biridir.

Eduardo isə özünəməxsus cəsarəti ilə cavab verdi: Siz Təbsə edilən hücumu nəzərdə tutursunuz? Amma bu helikopterlər, bütün o dəbdəbə və ehtişamlarına baxmayaraq, Təbsdə yerə çökdü və məğlub oldular.

Amerikalı general donub qaldı, nə deyəcəyini bilmədi. Başını aşağı salıb pıçıldadı: "Onların Allahı bizim helikopterlərimizdən daha güclü idi!"

Amerikanın müdafiə naziri də o hadisə ilə bağlı demişdi: "Ayətullah Xomeyni Cəmaran eyvanından əllərini yellədi və helikopterlərimiz bir-bir yerə çökdü."

Mənbə: "Mən Eduardo deyiləm" kitabı, şəhid Eduardo Aniellinin xatirələri, səhifə 49.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha